“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla Xəzər rayonu Türkan bələdiyyəsində görüş keçirilmişdir. Görüşdə Türkan bələdiyyəsinin sədri Böyükağa Yarıyev, bələdiyyənin vergi xidmətin rəhbəri, mühasib və vergi müfəttişi iştirak edib.
Türkan bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə əsasən bələdiyyənin qarşılaşdığı problemlər və həlli yolları müzakirə edilmişdir. Bildirilmişdir ki, hazırda inventarlaşdırma işlərindən sonra qəsəbə ərazisində 4000-dən bir qədər artıq fərdi təsərrüfatın olduğu müəyyən edilmiş, bu təsərrüfatlar haqqında bütün məlumatlar bazaya yerləşdirilmişdir. əgər vergini tam şəkildə toplaya bilsə bələdiyyə qəsəbə ərazisində il ərzində 150 min manata yaxın torpaq və əmlak vergisi yığa bilər. Lakin ötən il bu rəqəmin qarşılığında bütün səylərini birləşdirilməsi nəticəsində Türkan bələdiyyəsi 54 min manata yaxın maliyyə vəsaiti toplaya bilib.
Hazırda bələdiyyənin qarşılaşdığı əsas problem bələdiyyə ərazisində olan təsərrüfatların sənədsiz olmasıdır. Görüşdə bildirildi ki, hazırda qəsəbə ərazisində olan evlərin 95 faizinin sənədi yoxdur. Sənədsiz olduğundan vergi toplamaq mümkün deyildir. Sakinlərində bələdiyyənin müəyyən layihələri icrası üçün könüllü ianə verməyə heç bir marağı yoxdur. Bununla yanaşı bələdiyyə qulluqçularının əhali arasında apardığı maarifləndirici söhbətlərdən sonra sənədləşdirməyə marağı olanlar əmlak məsələləri Dövlət Xidmətinə müraciət etdikdə min bir bəhanə ilə sənədləşdirmənin yubadılması, o cümlədən bürokratik vasitələrlə üz-üzə qalması sakini fikirindən daşındırır. Üstəlik, bələdiyyənn xəritəsinin bu günədək təhvil verilməməsi bələdiyyə üçün problem yaradır.
Görüşdə təklif olunub ki, mənzillərin sənədləşdirilməsi prosesi sadələşdirilsin. Bununla yanaşı torpaq vergisi ilə bağlı mövcud rəqəmlərdə dəyişikliyin edilməsi məsələsinə baxılsın. 12 sot torpaq sahəsi üçün vətəndaş ildə bir dəfə olmaqla 7.2 manata ödəməli olduğu vergi üçün müfəttiş 10 dəfə zəng etməli olur, üstəlik beş dəfədə mənzilə gedir. Bütün rüsüm və vergilərdə dəyişiklik olduğu halda yerli vergilərdə bu rərəmlər 1999-ci ildəki səviyyədə saxlanılması başa düşülən deyil.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.
Belə görüşlərin davamlı şəkildə digər bələdiyyələrdə də keçirilməsi nəzərdə tutulur.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|